“Yunayted” bu yaponun izinə düşüb
“Real Sosyedad”ın hücumçusu Takefusa Kubo “Mançester Yunayted”ə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
İngilis klubunun rəhbərliyi Baskoniya təmsilçisinin 22 yaşlı futbolçusunun transferini yanvarda reallaşdırmaq üçün onun hazırkı maaşından 7 dəfə artıq məbləğ təklif edir. Yaponiyalı vinger La Liqa təmsilçisində illik 1 milyon avro məvacib alır.
“Real Sosyedad” isə onun satışından 50 milyon avro qazanmaq istəyir. “Yunayted” rəhbərliyi isə bu məbləği azaltmaq üçün ən azı bir futbolçusunu qarşı tərəfə verməyə hazırdır.
Xatırladaq ki, Kubonun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bu mövsüm yaponiyalı futbolçu bütün turnirlərdə 23 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
