İngiltərə

“Siti” ulduzu hədəfə aldı: Qışda pulsuz ala bilərlər

“Mançester Siti” qış transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır.

Aut.az “Fichajes”ə istinadən xəbər verir ki, İngiltərə klubu gözünü “Barselona”nın yarımmüdafiəçisi Dani Olmoya dikib. “Şəhərlilər” “Barsa”nın oyunçunu qeydiyyatdan keçirməkdə problem yaşamasına görə onu pulsuz heyətinə qatmağı hədəfləyir.

Futbolçunun istedadının pərəstişkarı olan və onu yaxından izləyən “Siti”nin baş məşqçisi Pep Qvardiola şəxsən Olmonu transfer etməkdə maraqlıdır.

dani bu mövsüm “Barselona”nın heyətində 15 oyuna çıxıb, 6 qol vurub və bir məhsuldar ötürmə edib.

Aut.az