İngiltərə

Şok: Bellinqem qardaşları bu klubla 10 illik müqavilə bağladılar – FOTO

Cude və Job Bellinqem qardaşları azyaşlı tərəfindən aldadılıb.

Aut.az xəbər verir ki, uşaq onları aldadaraq “Bernli” ilə müqaviləyə qol çəkdirib.

Oğlan kafedə futbolçularla görüşərək onlarla şəkil çəkdirməyi, həmçinin bir vərəqdə avtoqraf verməyi xahiş edib. Eyni zamanda vərəqin arxa tərəfində belə yazılıb: “Biz, Cob və Cud “Berinli” ilə 10 il müddətinə müqavilə bağlamağa razıyıq”.

Cud Bellinqem bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 22 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Cob Bellinqem bu mövsüm “Sanderlend”in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Şok: Bellinqem qardaşları bu klubla 10 illik müqavilə bağladılar – FOTO

Aut.az