Məvacibi çox yüksəkdir – “Milan” icarəyə götürmək istətyir
İtaliyanın “Milan” klubu hücumçu Randal Kolo Muanini icarəyə götürmək üçün PSJ-yə təklif göndərib .
Aut.az xəbər verir ki, mənbəyə görə, parislilər “Milan”ın futbolçunun maaşını tam ödəməsini istəyirlər; bu, İtaliya klubu üçün maneə ola bilər. Fransız futbolçunun illik maaşı təxminən 5 milyon avrodur.
“Transfermarkt” internet portalı 26 yaşlı Kolo Muaninin transfer dəyərini 30 milyon avro qiymətləndirir. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Kolo Muani klub səviyyəsində 14 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
