“Liverpul”un ulduzu “Real”a keçəcək: Rəhbərliyə bildirdi
“Liverpul” və İngiltərə millisinin sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold karyerasını “Real”da davam etdirəcək.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
26 yaşlı futbolçu karyerasını Madrid klubunda davam etdirmək niyyəti barədə “Liverpul” rəhbərliyinə məlumat verib. Qeyd olunur ki, bu, mersisaydlıların futbolçu ilə müqaviləni yeniləmək cəhdinin uğursuzluğundan sonra baş verib.
Trentin “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatır. “Qırmızılar” onu qışda sata bilər. Əks halda İngiltərə millisinin üzvü ya yay transfer pəncərəsində komandasından pulsuz ayrılacaq.
Qeyd edək ki, bu mövsüm Alexander-Arnold bütün yarışlarda Liverpulun 44 matçında 10 məhsuldar ötürmə edib.
Aut.az
