Bu gün içibsən? – FOTO
“Liverpul”un müdafiəçisi Vircil van Deyk ” Arsenal”la son Premyer Liqa matçında (1:1) qarşılaşmanın baş hakimi Kris Kavanın onunla “topçular”ın hücumçusu Qabriel Jesus arasında toqquşma epizoduna reaksiyası xoşuna gəlməyib.
Aut.az xəbər verir ki, epizod görüşün 52-ci dəqiqəsində meydanın mərkəzində baş verib. Xesusla Van Deykin toqquşmasından sonra hakim London klubunun xeyrinə cərimə zərbəsi təyin edib.
“Liverpul”un müdafiəçisi bu qərarı bəyənməyib. Narazılığını bildirən van Deyk hakimə belə deyib “Bu gün içibsən?”
Eyni zamanda niderlandlı futbolçu əl jesti ilə də bunu göstərib.

Aut.az
