Mənim işim deyil: Slot onların müqaviləsi haqda
“Liverpul”un baş məşqçisi Arne Slot bəzi futbolçularla müqavilənin uzadılması məsələsi ilə bağlı açıqlama verib.
Aut.az xəbər verir ki, mütəxəssis Vircil Van Deyk, Məhəmməd Salah və Trent Alexander-Arnoldun gələcəyinə işıq salıb.
“Biz müqavilələr mövzusunu açıq müzakirə etmirik. Bu barədə mətbuata danışmaq mənim işim deyil.
Mo Salah bu gün (“Lester”ə qarşı) yaxşı oyun göstərdi, Vircil yaxşı çıxış etdi və Trent ikinci hissədə çox yaxşı oynadı”, – Slot bildirib.
Hər üç futbolçunun hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır. Bu mövsüm keçirilən 17 matçdan sonra “Liverpul” 42 xalla Premyer Liqada turnir cədvəlində birinci yerdədir.
Aut.az
