İngiltərə

Planları pozulan “Arsenal” ulduz futbolçusuna əvəzləyici tapdı

PSJ-nin hücumçusu Randal Kolo-Muani “Arsenal”ın futbolçusu ola bilər.

Aut.az xəbər verir ki, bu barədə “Standard” məlumat yayıb.

Qeyd olunur ki, fransalı hücumçu “topçular”ın uzunmüddətli sıradan çıxan ulduzu Bukayo Sakanın əvəzləyicisi ola bilər.

Gözlənilirdi ki, londonlular cinah oyunçusu almaq üçün transfer bazarına girməyəcək. Lakin Sakanın və Rahim Sterlinqin zədələnməsindən sonra onlar planlarını yenidən gözdən keçirirlər.

Aut.az