İngiltərə

Situasiya qəlizdir: Amorim Reşfordun taleyi haqda

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim artıq komandanın heyətində olmayan ” qırmızı şeytanlar”ın ulduzu Markus Reşford haqqında fikirlərini bildirib.

“Situasiya qəlizdir. Başa düşürəm ki, belə futbolçuların ətrafında onun yerinə qərar verən çoxlu insanlar var. Mən hər zaman Markusa, eləcə də digər oyunçulara kömək etməyə hazıram.

Belə bir müsahibə verməyə qərar verən təkcə Markus deyildi. Mən bunu başa düşə bilərəm. Məşqçi kimi diqqətimi futbolçunun çıxışına və məşqinə yönəldirəm. Hazırda diqqətimi Markus üzərində cəmləyirəm, çünki bizə istedadlı bir oğlan lazımdır. İndi müsahibəni unuduram və meydana baxıram”, – deyə Amorim bildirib.

Bu mövsüm Markus klubda 23 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az