Kompanini əfsanə əvəzləyəcək
İngiltərəli futbol məşqçisi Frenk Lempard “Bernli”nin baş məşqçisi postuna təyin edilə bilər.
Aut.az “The Athletic”ə istinadən xəbər verir ki, klub rəhbərliyi onu “Bavariya”ya yollanan Vinsent Kompaniyə əvəzləyici kimi nəzərdən keçirir.
45 yaşlı mütəxəssis “Çelsi”dən ayrıldıqdan sonra 2023-cü ilin iyun ayından klubsuzdur. O, daha əvvəl “Everton” və “Derbi Kaunti”ni də çalışdırıb.
2023/24 mövsümündə Vinsent Kompaninin rəhbərliyi altında “Börnli” Premyer Liqada 19-cu yeri tutaraq, Çempionşipa aşağı düşüb.
Aut.az
