“Tottenhem” razıdır: “Bavariya” onu da alır
“Bavariya” “Tottenhem”in müdafiəçisi Erik Dayerlə şifahi razılığa gəlib.
Aut.az xəbər verir ki, 29 yaşlı futbolçu yanvarda Münhen klubuna keçmək niyyətindədir.
Bu barədə “Sky Sport”un jurnalisti Florian Plettenberq məlumat yayıb.
“Tottenhem” də müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə ayrılmağa hazırdır. Transfer baş tutsa, məbləğ 5 milyon avrodan az olacaq. İngilis futbolçuya ən azı 2025-ci ilin yayına qədər müqavilə təklif olunacaq.
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel də Dayerlə danışıb, ondan mərkəz müdafiəçisi və yarımmüdafiəçi kimi istifadə etməyi planlaşdırdığını bildirib.
Aut.az
