İngiltərə

Haaland “Siti”dəki böhran haqqında danışdı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 17-ci turunda  “Aston Villa”ya məğlubiyyətdən (1:2) sonra komandasının vəziyyətini dəyərləndirib.

Aut.az xəbər verir ki, norveçli forvard BBC-yə açıqlamasında bu sözləri deyiib:

“Biz komandaya inamın nə qədər vacib olduğunu bilirik. Bu vəziyyət hər bir oyunçuya təsir edir. Çətin olanda belə əhvalımızı yüksək tutmağa davam etməliyik”.

Qeyd edək ki, “Mançester Siti” bütün yarışlarda keçirdiyi son 12 matçın doqquzunu məğlub olub. Bu, Pep Qvardiolanın komandaya rəhbərlik etdiyi rəvvəlki 106 matda qeydə alınan 8 məğlubiyyətin cəmindən çoxdur.

Aut.az