Şok iddia: “Çelsi”nin ulduzunda dopinq aşkarlandı
“Çelsi”nin yarımmüdafiəçisi, ukraynalı Mixal Mudrikin dopinq testindən keçə bilmədiyi iddia olunur.
Aut.az xəbər verir ki, bu barədə “Tribuna” idman nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, ukraynalı futbolçunun “A” nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Dəqiqləşdirilir ki, nümunə oktyabrın sonunda, Premyer Liqa mövsümünün beşinci və altıncı turlarının keçirildiyi vaxt götürülüb.
Nəşrin qeyd etdiyi kimi, yaxın günlərdə mütəxəssislər “B” nümunəsini açmalıdırlar. Əgər bu təsdiqlənərsə, o zaman Ukraynanın ən bahalı futbolçusu uzunmüddətli diskvalifikasiya ilə üzləşəcək.
Xatırladaq ki, Mudrik 2023-cü ildə “Şaxtyor”dan 70 milyon avroya “Çelsi”yə keçmişdi. O, bu mövsüm İngiltərə Premyer Liqasında cəmi 7 oyun keçirib.
Aut.az
