Dünya futbolu

Neymar komanda yoldaşlarına xəbər çatdırdı: Yayda bu kluba gedirəm

“Əl-Hilal”ın hücumçusu Neymar komanda yoldaşlarına Səudiyyə komandası ilə müqaviləsinin sonunda “İnter Mayami”yə keçməyi planlaşdırdığını bildirib.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport Switzerland” məlumat yayıb. 32 yaşlı braziliyalının “Əl-Hilal”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Neymarın “Barselona”dakı keçmiş komanda yoldaşları “İnter Mayami”də oynayırlar – Lionel Messi, Serxio Buskets, Jordi Alba. Komandanı “Blauqrana”nın digər keçmiş futbolçusu Xavyer Maskerano çalışdırır.

Aut.az