Almaniya

Nə “Real”, nə də “Siti” – “Bayer”in lideri qərar verdi

Almaniya “Bayer”inin lideri Florian Virts karyerasını harada davam etdirmək istədiyi ilə bağlı son qərarı verib.

Aut.az xəbər verir ki, futbolçunun Leverkuzendəki mövqeyindən razı olduğu və digər komandalardan gələn təklifləri nəzərdən keçirmək fikrində olmadığı bildirilir.

“Bayer” rəhbərliyi yeni müqavilə üzərində işləyir və tezliklə Virtsə 2028-ci ilin yayına qədər yeni, təkmilləşdirilmiş müqavilə təqdim edəcək. Florian razılaşarsa, maaşında əhəmiyyətli artıma ümid edə bilər.

Futbolçu uzun müddətdir ki, aparıcı Avropa klublarının əsas transfer hədəfi olub – İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” klubları əsas namizədlər hesab olunurdu.

Florian bu mövsüm “Bayer”də 23 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az