“Milan” qarışdı: İbra arxa qapıdan keçə bildi
İtaliya A Seriyasında evdə “Cenoa” ilə heç-heçə edən “Milan” azarkeşləri klubun bazasıyi önündə etiraz aksiyası keçiriblər.
Aut.az xəbər verir ki, klub rəhbərliyini tənqid edən azarkeşlər “Bacarıqsız idarəçilər, ambisiyasız klub, tariximizə yaraşırsınız” yazılı pankart asıblar.
Başqa bir bannerdə oyunçular hədəfə alınıb. Pankartda belə yazılıb: “İradəsi olmayan şərəfsiz oyunçular”.
Klubun 125 illik yubiley tədbirlərinə gələn Zlatan İbrahimoviç və baş direktor Giorgi Furlani binaya arxa qapıdan daxil ola biliblər.
Aut.a
