Yenə də o: 1,5 ildə 4-cü dəfə – FOTO
Dekabrın 15-də İngiltərə Premyer Liqasının 16-cı turunda Mançester derbisi keçirilib.
“Mançester Siti” öz meydanında “Mançester Yunayted”i qəbul edib.
Aut.az xəbər verir ki, 25 yaşlı ingilis yarımmüdafiəçi Meyson Maunt meydana start heyətində daxil olsa da, artıq 14-cü dəqiqədə Ruben Amorim onu Kobbi Meyna ilə əvəz etməli olub.
Meyson sadəcə qazonda oturaraq həkimlərin köməyinə ehtiyacı olduğunu açıqladı və bundan sonra meydanı tərk etdi. Mount 2023/24 mövsümündən əvvəl “Çelsi”dən “Mançester Yunayted”ə qatılıb və 1,5 ildə dördüncü dəfə zədələnib.



