Almaniya

“Bavariya” Noyerə əvəzləyicini görün harada tapdı

“Milan”ın fransız qapıçısı Mayk Maiqnan “Bavariya”ya keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin məlumatına görə, alman klubunun rəhbərliyi fransızı 2011/12 mövsümündən “Bavariya”nın qapısını qoruyan 38 yaşlı Manuel Noyerin əvəzedicisi hesab edir. Münhen klubu 2025-ci ilin yayında “Milan”ın qolkiperini almağa çalışacaq.

“Transfermarkt” internet portalı 29 yaşlı Maiqnanın transfer dəyərini 38 milyon avro qiymətləndirir. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Maiqnan “Milan”ın heyətində bütün yarışlarda 20 oyun keçirib, 24 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.

Aut.az