Təxminən səkkiz ay əvvəl… – Əmir Xan Usik haqda nə dedi?
Keçmiş dünya çempionu Əmir Xan ukraynalı boksçu Aleksandr Usiklə britaniyalı Tayson Fyuri arasında keçiriləcək revanş görüşü haqda danışıb.
“Təxminən səkkiz ay əvvəl, Taysonla ilk döyüşdən sonra Usiklə danışdım və o, artıq cavab görüşünə hazırlaşırdı, səylə məşq edirdi.
Bu oğlan bir vəhşi, əsl idmançı və döyüşçüdür. Bu, gözəl revanş olacaq”, – Xan deyib.
Daha əvvəl Turki Əl-Şeyx bildirmişdi ki, WBC, WBA, WBO və IBO versiyalarında dünya çempionu Aleksandr Usik və Tayson Fyuri arasında revanş görüşü 21 dekabrda baş tutacaq.
Aut.az
