Cervont Devis həbs edildi
Yüngül çəkidə WBA çempionu Cervont Devis (30-0-1, 28 KO) Floridada həbs edilib.
Aut.az xəbər verir ki, bu barədə “BoxingScene” məlumat yayıb.
Polis boksçunu iyulun 11-i, cümə günü saat 03:35-də həbs edib. İlkin ittiham “Hücum – məişət zorakılığı”dır, girovun məbləği sonra müəyyənləşəcək.
Qeyd edək ki, Cervont artıq 2022-ci ildə məişət zorakılığına görə həbs edilib. Lakin həmin vaxt sevgilisi ittihamlardan əl çəkmişdi.
Xatırladaq ki, Devisin Lamont Rouçla (25-1-2, 10 KO) son döyüşü heç-heçə bitib. Onların cavab görüşü avqustun 16-da Las-Veqasda keçiriləcək.
Aut.az
