Ya onunla döyüşəcək, ya da kəmər əldə çıxacaq
Tanınmış promouter Frenk Uorren Moses İtauma (13-0, 11 KO) və şəksiz dünya çempionu Aleksandr Usik (24-0, 15 KO) arasında döyüşün keçirilməsi perspektivlərindən danışıb.
Aut.az xəbər verir ki, Frenk bu barədə “BoxNation”a danbışıb.
“Moses həm WBO, həm də WBA reytinqində birinci yerdədir. Əgər onlardan biri döyüşü sifariş etsə, Usik ya İtauma ilə döyüşəcək, ya da kəmərini itirəcək.
İddialar? Usik üçün hansı suallar ola bilər? O, dörd kəmər toplayan və təşkilatın bütün tələblərinə cavab verən böyük döyüşçüdür. İndi o, istədiyini edə bilər”, – Uorren deyib.
Aut.az
