İspaniya

“Barselona”nın əfsanəsi onu Messi ilə müqayisə etmək istəmədi

“Barselona”nın sabiq kapitanı Karles Puyol komandanın gənc ulduzları – Lamine Yamal və Pau Kubarsi haqqında fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, “El Pais”ə danışan əfsanə onlar haqqında bu sözləri deyib:

“Yamal üzərindəki təzyiq artıq maksimumdur. Onu Leo Messi kimi görməsək nə olar? Leonun etdiyi və etməyə davam etdiyi şey inanılmazdır. Belə futbolçunu yenidən görmək çox çətin olacaq. Ümumiyyətlə, onları müqayisə etməsək, yaxşıdır.

Kubarsiyə gəlincə, o, çox yönlü, topu çox gözəl oyuna qatan futbolçudur. Bu mənada o, məndən çox Jerar Pikeyə bənzəyir. Çox ağıllı müdafiəçidir, döyüşməyi sevir və daim diqqətini cəmləşdirir. Belə gənc yaşda soyuqqanlılığı saxlamaq asan deyil”.

Qeyd edək ki, sözügedən futbolular “Barselona”ya məxsus “La Masia” akademiyasının yetirmələridirlər.

Aut.az