“Real”da ciddi itki: Hakimlə mübahisə başına bəla oldu
“Real”in lideri Vinisius Junior İspaniya La Liqasının 18-ci turu çərçivəsində Madrid klubunun qarşılaşacağı “Sevilya” ilə matçı buraxacaq.
Aut.az xəbər verir ki, braziliyalı vinger 17-ci turun “Rayo Valyekano” ilə oyununda (3:3) hakimlə mübahisə etdiyi üçün sarı vərəqə alıb. O, sarı kart limitinə çatdığına görə bir oyunluq diskvalifikasiya olunacaq.
Qeyd edək ki, “Real” – “Sevilla” dekabrın 22-nə təyin edilib.
Aut.az
