Londonda ona edilən hücumdan yazdı: Gördüyünüz şey…
Keçmiş amerikalı peşəkar boksçu Floyd Meyvezer Londonda olarkən ona edilən hücumdan danışıb.
Aut.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Açıq deyim, şayiələr həqiqətə uyğun deyil. Mənə dəyməyiblər, toxunmayıblar Gördüyünüz şey, mənim təhlükəsizliyimin vəziyyəti nəzarətdə saxlamaq üçün mühafizəçilərin öz işini görməsidir”.
Keçmiş dünya çempionu vurğulayıb ki, hər şey qaydasındadır, söz-söhbətlər yalandır.
Xatırladaq ki, mediada Floyd Meyvezerin Londona səfəri zamanı hücuma məruz qalması ilə bağlı məlumat yayılıb. Bir qrup naməlum şəxsin keçmiş boksçunu təhqir edərək dava təşkil etməyə cəhd etdiyi bildirlirdi.
Aut.az
