Azərbaycan futbolu

Azərbaycanın yeni FIFA referiləri bilindi

Azərbaycanı 2025-ci ildə beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin adları bəlli olub.

Aut.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi hakimlərimizin siyahısında dəyişiklik edilməyib.

Bu il olduğu kimi, siyahıda 17 ədalət təmsilçisi yer alıb.

Referilər: Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu, Fəridə Lütfəliyeva

Referi köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Sevda Nurıyeva

VAR hakimlər: Əliyar Ağayev, Elçin Məsiyev

Futzal: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov

Çimərlik futbolu: İnqilab Məmmədov, Nail Nağıyev.