Məhəmməd Əlinin nəvəsindən uğurlu debüt
Amerikalı MMA döyüşçüsü, əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Biaccio Əli Uolş peşəkar boksda uğurlu debüt edib.
Aut.az xəbər verir ki, 25 yaşlı döyüşçü Bellator çərçivəsində keçirilən döyüşdə Emmanuel Palasioya qalib gəlib. O, hakimllərin yekdil qərarıyla rəqibindən üstün olub.
Qeyd edək ki, Əli Uolş həvəskar səviyyədə keçirdiyi 6 görüşdən 5-də qələbə qazanıb.
