Sensasion iddia: Modriç bu kluba keçir
“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç İtaliyanın “Komo” klubuna keçəcək.
Aut.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı futbolçu artıq A Seriya klubu ilə 2025-ci ilin yayında qüvvəyə minəcək müqaviləyə razılaşıb, lakin bir şərtlə – “Komo” İtaliyanın elit divizionunda qalmalıdır.
Sesk Fabreqasın yetirmələri hazırda 15 oyundan 12 xalla A Seriyasının turnir cədvəlində 17-ci yerdədir .
2024/25 mövsümündə Luka Modriç klub səviyyəsində 22 oyun keçirib, 4 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 6 milyon avro qiymətləndirir.
Aut.az
