Dünya futbolu

Messini ən çox qəzəbləndirən futbolçu – Özü açıqladı

Lionel Messi karyerasında onu ən çox qəzəbləndirən futbolçunun adını çəkib.

Aut.az xəbər verir ki, Messinin sözlərini “Give me Sport” sitat gətirib.

“Serxio Ramosla çox toqquşmamız oldu, neçə dəfə mübahisə etdim… Ramos məni ən çox əsəbiləşdirən oyunçudur. Bəli, biz sonradan komanda yoldaşı olduq, amma əvvəllər “El Klassiko”da həmişə bir-birimizə rəqib olurduq. Bunlar gərgin matçlar idi”, – Messi deyib.

Xatırladaq ki, Messi və Ramos Fransa PSJ-sində iki mövsüm birlikdə oynayıb.

Aut.az