“Siti” onları transferə çıxarır: Qvardiolanın “qara siyahı”sına düşüblər
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın hazırkı heyətindən 4 futbolçunu transferə çıxarmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin sözlərinə görə, ispan mütəxəssis komandanın son uğursuzluqları fonunda öz çıxışlarına görə vinger Cek Qriliş, yarımmüdafiəçilər Mateus Nunyes və Ceyms MakAti və sağ cinah müdafiəçisi Kayl Uokerdən məyus olub.
Qeyd olunur ki, Qrealiş və Nunyes onların alınmasına xərclənən pulu doğrultmayıb, MakAti isə Qvardiolanın istədiyi oyun səviyyəsinə yüksələ bilməyib. İspaniyalı mütəxəssis 34 yaşlı Uokerin geriləməsindən də narazı qalıb.
Aut.az
