İngiltərə

O da “Yunayted”dən ayrıldı: Cəmisi 5 ay əvvəl gəlmişdi

“Mançester Yunayted”in idman direktoru Den Eşvort İngiltərə klubunu tərk edib. 

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubunun Premyer Liqanın 15-ci turunun matçında “Nottingem Forest”ə məğlubiyyətindən (2:3) sonra Aşvort rəhbərliklə dialoq aparıb və nəticədə onun  ayrılmasına qərar verilib.

“Qırmızı şeytanlar”ın rəsmi saytındakı bəyanatda deyilir: “Klub üçün bu keçid dövründə etdiyi iş və dəstəyə görə Denə təşəkkür edirik və ona gələcək üçün ən yaxşısını arzulayırıq”, – klubun bəyanatında deyilir.

Eşvort beş ay əvvəl “Mançester Yunayted”in idman direktoru təyin edilib. Mankunianlardan əvvəl Eşvort “Nyukasl”da çalışıb.

“Mançester Yunayted” 15 matçda 19 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü yerdədir. “Liverpul” 14 oyundan sonra 35 xalla birinci yerdədir.

Aut.az