İngiltərə

“Arsenal”ın ulduzu “Real”ın marağına belə reaksiya verdi

“Arsenal”ın 23 yaşlı mərkəz müdafiəçisi Uilyam Saliba uzun illər “topçular”da oynamağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Daha əvvəl mətbuatda fransalı futbolçu ilə “Real Madrid”in maraqlanması ilə bağlı məlumatlar yayılmışdı.

“Bəli, əlbəttə. Burada özümü evimdəki kimi hiss edirəm. Mən hər şeydən həzz alıram: oyunçular, heyət və azarkeşlərdən. Özümü evdəki kimi hiss edirəm, niyə də olmasın?”, – Saliba bildirib.

Saliba 2019-cu ildən “Arsenal”ın futbolçusudur. Bu müddət ərzində o, bütün yarışlarda 102 matçda iştirak edib, altı qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az