Digər

Əlinin qızı etiraz etdi: İdmanda belə ayrı-seçkilik olmamalıdır

Boksun əfsanəsi Məhəmməd Əlinin qızı Rəşidə Əli idmanda siyasi zəmində ayrı-seçkiliyin yolverilməz olduğunu bəyan edib.

“Dünya idmanı indi siyasətlə doymuşdur, bu, qətiyyən belə olmamalıdır. Siyasi səbəblərə görə istisnalar olmamalıdır, ayrı-seçkilik olmamalıdır.

Atam bütün bunlara müasir dövrdən çox-çox əvvəl qarşı çıxıb. İdmançıların maraqları birinci yerdə olmalıdır, başqa heç nə”, –Rəşidə Əli bildirib.

Aut.az