20 yaşlı ukraynalı gimnast öldü
Bədii gimnastika üzrə idman ustası, 20 yaşlı ukraynalı Yelizaveta Xorovinkina dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Gənc idmançının ölüm səbəbi açıqlanmayıb.
Xorovinkina yerli və beynəlxalq yarışlarda mükafatlar qazanıb. 2021-ci ildə idman ustası adını alıb.
Aut.az
