“İnter Mayami”nin sahibindən Neymar xəbərinə reaksiya: Nə vaxtsa…
“İnter Mayami”nin ortaq sahibi Xorxe Mas braziliyalı cinah oyunçusu Neymarın alınacağı ilə bağlı şayiələrə cavab verib.
Aut.az xəbər verir ki, funksioner elə bir keçidin əleyhinə olmadığını bildirib.
“Bizim qeyri-məhdud büdcəmiz var. Biz iddialıyıq. Nə vaxtsa Neymar kimi bir oyunçunu cəlb etmək şansımız olsa, tərəddüd etməyəcəyik”, – Mas deyib.
Hazırda Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edir. Müqavilə 30 iyun 2025-ci il tarixinədək qüvvədədir. Bu mövsüm o, 2 oyun keçirib.
Aut.az
