Tennis

“Son sınaq”da əfsanəyə qalib gəldi

ATP sıralamasının sabiq “üç nömrə”si və 2009-cu ildə ABŞ Açıq çempionatının qalibi Xuan Martin del Potro vida matçını keçirib.

Aut.az xəbər verir ki, 36 yaşlı argentinalı Buenos-Ayresdə keçirilən “Son sınaq” adlı yoldaşlıq oyununda Novak Cokoviçlə qarşılaşıb. Del Potro 6:4, 7:5 hesabı ilə qalib gəlib.

Xuan Martin Tur karyerasının son matçını 2022-ci ilin fevralında Argentinanın paytaxtında keçirilən turnirdə keçirib. O, dizindən aldığı zədələrə görə təqaüdə çıxmaq məcburiyyətində qalıb.

Aut.az