TürkiyəDünya futbolu

Mauro İkardi saxlanıldı – FOTO

“Qalatasaray”ın 31 yaşlı argentinalı hücumçusu Mauro İkardi dizindən əməliyyat olunacağı Buenos-Ayresə gəlib.

Aut.az xəbər verir ki, futbolçu tibbi prosedurdan əvvəl keçmiş həyat yoldaşı Vanda Naranın evində müvəqqəti yaşamaq qərarına gəlib. Lakin aralarındakı mübahisədən sonra Vanda İkardinin onu silahla hədələdiyini və həyatından qorxduğunu deyərək polisə gedib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları evə gələndə futbolçu yatırmış. Axtarış zamanı heç bir silah tapılmayıb, lakin İkardiyə keçmiş həyat yoldaşına və onun evinə yaxınlaşmaq qadağan edilib.

Məlumdur ki, Mauro İkardi Vanda ilə ayrıldıqdan sonra sosial şəbəkələrdə dəfələrlə təxribat xarakterli yazılar dərc edib.

Mauro daha sonra polis idarəsini tərk edərək dostunun evinə köçüb. Futbolçu bir neçə gündən sonra dizindən əməliyyat olunacaq.

Mauro İkardi saxlanıldı – FOTO
Mauro İkardi saxlanıldı – FOTO

Aut.az