Dünya futbolu

Yekun hökm bu tarixdə veriləcək

Tarixin ən çox mükafat alan futbolçusu, “Barselona”, “Yuventus”, PSJ və Braziliya millisinin sabiq üzvü Daniel Alves ötən ilin əvvəlindən həbsdə olduğu zorlama işi üzrə məhkəmənin yekun hökmünü tezliklə öyrənəcək.

Aut.az xəbər verir ki, çərşənbə günü, fevralın 7-də keçmiş futbolçunun ifadəsi ilə məhkəmə prosesi başa çatıb. “The Athletic”in məlumatına görə, ümumilikdə Daniel məhkəmədə 20 dəqiqəyə yaxın vaxt keçirib.

Mənbənin sözlərinə görə, iş üzrə yekun hökmü məhkəmə iclası başa çatdıqdan 19 gün sonra – yəni 2024-cü il fevralın 27-də verəcək. İttiham tərəfi Alveş üçün 9 il həbs və zərərçəkənə 150 ​​min avro pul təzminat tələb edir.

Aut.az