28 yaşlı hakim qəflətən öldü
Noyabrın 28-də Soçi olan rusiyalı hakim hakimi Emir Privalov vəfat edib.
Aut.az xəbər verir ki, Privalovun 28 yaşı var idi. Onun həyat yoldaşı və iki övladı qalıb. Ölümün səbəbi dəqiqləşdirilməyib.
“Rusiya Futbol İttifaqı hakimin ailəsinə dərin hüznlə başsağlığı verir. RFU dəfn mərasiminin təşkilində maliyyə dəstəyi və yardım göstərəcək”, – təşkilatın bəyanatında deyilir.
Privalov futbol hakimi kimi karyerasına 2016-cı ildə başlayıb. 2021/22 mövsümündən başlayaraq İkinci Liqa matçlarında çalışmağa başlayıb.
Privalov bu mövsüm İkinci Liqada 5 oyunu və Rusiya kubokunun 1/128 final mərhələsinin “İrtış” – “Çelyabinsk” oyununu idarə edib.
Aut.az
