Qvardiola “Real”ın ulduzunu istəyir: “Siti” fantastik təklif hazırlayır
“Mançester Siti” yayda pulsuz olaraq klubdan ayrılacaq əfsanəvi yarımmüdafiəçi Kevin De Bruynenin yerinə oyunçu tapıb.
Aut.az xəbər verir ki, ispan mətbuatına görə, “şəhərlilər” “Real”ın ulduzu Cud Bellinqemin transferini hədəfləyir. Onun istedadının pərəstişkarı olan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ingilis yarımmüdafiəçi ilə şəxsən maraqlanır. “Siiy” “Real”ın Cudu buraxması üçün fantastik təklif hazırlayır
Bellinqem bu mövsüm klubda 30 oyuna çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Daha əvvəl Kriştiano Ronaldo Bellinqemi “yeni Zidan” adlandırmışdı.
Aut.az
