Əfsanə bədgümandır: NBA təqlidçi liqaya çevrildi
Əfsanəvi basketbolçu Şakil Onil NBA-da oyunun keyfiyyətini tənqid edib.
Aut.az xəbər verir ki, əfsanə çempionatın yaxşılaşdırılması üçün öz reseptini də təklif edib.
“Niyə internetdəki bütün podkastlar tamaşaçılar üçün maraqlıdır? Çünki hər bir podkast digərinə bənzəyir, lakin eyni zamanda müxtəlif müəlliflərin fərqli şoularıdır. Bunun sayəsində onların hamısı uğur qazanır. NBA oyunlarına baxsanız, hər komanda digərləri kimi olmağa çalışır. Eyni taktikalar, eyni kombinasiyalar.
NBA təqlidçi liqaya çevrildi. Bizim dövrümüzdə unikal kombinasiyalardan və öz blanklarımızdan istifadə edirdik. Kreativlik nümayiş etdirməyən, öz taktikasını yaratmayan, öz oyun tərzini formalaşdırmayan məşqçiləri anlamıram. Bu dəyişdirilsə, liqanın keyfiyyəti xeyli yaxşılaşacaq.
Hələlik, məşqçilərə sadəcə oyunçuların topu necə atacağını bilməsi lazımdır”, – Onil deyib.
Aut.az
