Basketbol

“Makkabi” bu şəhərə gəlir: Ara qarışa bilər – Polis hərəkətə keçdi

Berlin polisi, İsrail əleyhinə hər hansı mümkün zorakılığın və ya etirazçılarla toqquşmanın qarşısını almaq üçün “Makkabi” və yerli “Alba” arasında Avroliqada keçiriləcək basketbol oyunu ətrafında ciddi təhlükəsizlik tədbirləri planlaşdırır.

“Biz ictimai varlığı nümayiş etdirəcəyik. Bu o deməkdir ki, biz arenada polis əməkdaşları ilə birlikdə iştirak edəcəyik və təhlükəsizlik qüvvələrini dəstəkləyəcəyik”, – “Yahoo Sports” Berlin polisinin sözçüsündən sitat gətirib.

O da məlum olub ki, Berlinin “Alba” stadionunun yerləşdiyi iki ərazidə nəqliyyatın hərəkəti tamamilə bağlanacaq. Alman klubunun kapitanı Yonas Mattissek polisin basqısından danışıb: “Əlbəttə ki, buna hörmət edirik, amma bu, daha az tamaşaçının gəlməsi deməkdir, ona görə də bunun bizə təsir etməsinə imkan verməməyə çalışırıq”.

Təhlükəsizliyin gücləndirilməsinə səbəb Amsterdamda İsrailin “Makkabi” futbol klubunun azarkeşlərinə qarşı silsilə hücumlar olub.

Aut.az