NBA tarixində belə şey olmamışdı: Yokiçdən unikla nəticə
“Denver Nuqqets”in ulduzu Nikola Yokiç unikal nailiyyəti ilə NBA tarixinə düşüb.
Aut.az xəbər verir ki, serb bir matçda ən azı 30 xal, 20 məhsuldar ötürmə və 20 ribaund edən ilk oyunçu olub.
“Fniks Sanz” ilə matçda Yokic 45 dəqiqə ərzində 31 xal, 21 ribaund və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
NBA tarixində heç kim bu cür rəqəmlərlə tripl-dabl əldə etməyib.
Görüş əlavə vaxtda “Denver”in qələbəsi ilə yekunlaşıb – 149:141.
Aut.az
