Basketbol

Əfsanəyə çempionluq gətirən ayaqqabı bu qiymətə satıldı

“Çikaqo Bulls”un əfsanəvi basketbolçusu Maykl Cordanın şəxsi avtoqrafı olan idman ayaqqabısı “Sothebys”də 482 min dollara satılıb.

Aut.az xəbər verir ki, bu barədə hərrac evinin rəsmi saytı məlumat yayıb.

Bu ayaqqabıda müdafiəçi 1995/96 mövsümünün final seriyasının “Seattle SuperSonics” komandasına qarşı beşinci oyununda iştirak edib. “Bulls” həmin görüşdəuduzdu (78:89), lakin sonda 4-2 hesabı ilə seriyada qalib gəlib.

Bu titul Cordanın karyerasında dördüncü çempionluğu olub. Ümumilikdə amerikalı altı dəfə NBA çempion olub.

Aut.az