“Bavariya” Əl-Xelayfidən üzr istədi
“Bavariya” rəsmi bəyanat yayaraq, azarkeşlərin Çempionlar Liqasının PSJ ilə matçında Paris klubunun prezidenti Nasser Əl-Xelayfiyə həsr olunmuş təhqiredici pankartlara görə üzr istəyib.
Aut.az xəbər verir ki, Almaniya komandasının azarkeşləri podiuma iki banner asıblar. Birincisi: “Nazir, klub sahibi, televiziya hüququnun sahibi, UEFA İcraiyyə Komitəsinin üzvü və ECA (Avropa Klublar Assosiasiyası) sədri bir yerdə?” Digərində: “Futbol mənə məxsusdur? Lənət olsun sənə , plutokrat Əl-Xelaifi”.
“Bavariya” üzr istəyir ki, onun stadionunda rəqiblə və onların nümayəndələri ilə təhqir olunmuş hisslər yaradan tərzdə və tonda rəftar edilib. Klub aydınlaşdırmaq istəyir ki, bu bannerlərə “Bavariya” tərəfindən icazə verilməyib və bizim mövqeyimizi əks etdirmir. Bunlar iki klub arasındakı yaxşı və uzunmüddətli münasibətlərə uyğun gəlmir. Bu pankartların tonu həm də “Bavariya”nın üslubuna və klubun beynəlxalq tərəfdaşları ilə saxladığı hörmətli münasibətə ziddir”, – deyə “klubun rəsmi saytındakı bəyanatda deyilir.
“Allianz Arena”da keçirilən görüş “Bavariya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aut.az
