Foden Bekhemi ötdü
“Mançester Siti”nin vingeri Fil Foden Çempionlar Liqasının Əsas mərhələsinin 3-cü turunda “Sparta” ilə matçda erkən qol vurmaqla öz adına uğura imza atıb
Aut.az xəbər verir ki, 24 yaşlı ingilis matçın 3-cü dəqiqəsində rəqib qapısına zərbə endirib. Foden üçün bu qol Çempionlar Liqasında vurulan 17-ci qol olub.
Bu göstəriciyə görə o, Devid Bekhemi (16 qol) ötərək britaniyalılar arasında 8-ci sıraya yüksəlib. O, Endy Cole (18) ilə Foden səviyyəsini görəcək.
Komandalar arasında görüş “Siti” 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Aut.az
