Şumaxer qızının toyunda olub? – Sabiq komanda yoldaşı həqiqəti açıqladı
Keçmiş Formula 1 sürücüsü, Mixael Şumaxerin “Benetton”da komanda yoldaşı olmuş Conni Herbert Mayklın qızı Cina Marianın toyunda görünməsi ilə bağlı şayiələrdən danışıb.
“Son şayiələrə görə, o, qızının toyunda iştirak edib. Təəssüf ki, bu, saxta xəbər idi, orada zərrə qədər də həqiqət yox idi”, – “FlashscoreUSA” Herbertdən sitat gətirib.
Əfsanəvi yeddiqat çempion Mixael Şumaxerin qızı Cina Şumaxer sentyabrın sonunda ailə qurub. Qala tədbiri Mayorkada Şumaxer ailəsinin villasında baş tutub. Həmin vaxt Mayklın toyda ola biləcəyi barədə xəbərlər yayılıb.
Şumaxer 2013-cü ilin dekabrında dağ-xizək kurortunda istirahət edərkən yıxılaraq başını daşa vurması nəticəsində beyin zədəsi almışdı. O andan etibarən, Mayklın sağlamlıq vəziyyəti haqqında məlumat olduqca kasaddır.
Aut.az
