Dünya futbolu

Kamerunlu əfsanədən Vinisiusa çağırış: Səni evdə gözləyirik

UFC-nin ağır çəkidə sabiq çempionu, kamerunlu Frensis Nqannu “Real”ın hücumçusu Vinisiusa müraciət edib.

Aut.az xəbər verir ki, Nqannu əynində Vinisiusun adı olan Kamerun milli komandasının formasını paylaşaraq, bu sözləri yazıb. “Qardaşım Vini, səni evdə gözləyirik”.

Qeyd edək ki, bir müddət əvvəl Vinisius DNT testindən keçib və onun əcdadlarının Kamerunda yaşadığı üzə çıxıb.

Aut.az

Kamerunlu əfsanədən Vinisiusa çağırış: Səni evdə gözləyirik