Bu, “Siti”nin sonu olacaq – “Yunayted”in əfsanəsi
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Roy Kin “Mançester Siti”nin İngiltərə çempionatındakı perspektivlərini dəyərləndirib.
Aut.az xəbər verir ki, Kin “şəhərlilər”in “Liverpul”la qarşıdakı matçının əhəmiyyəti haqda da danışıb.
“Səkkiz xal geridə qalırlar. Əminəm ki, onlar buna inana bilmirlər.
“Liverpul” əla görünür və Premyer Liqanı qazanmaq üçün hər cür şansı var. “Siti növbəti turda uduzsa, bu, onlar üçün sondur”, – Kin deyib.
12 turdan sonra “Liverpul” 31 xalla Premyer Liqada birincidir. “Mançester Siti” 23 xalla ikincidir.
Aut.az
