İngiltərəİspaniya

Əfsanəni indi də Premyer Liqaya “göndərirlər”

“Real Madrid”in və İspaniya millisinin əfsanəvi keçmiş müdafiəçisi Serxio Ramos karyerasını “Nyukasl”da davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Nyukasl” zədəli mərkəz müdafiəçisi Sven Botman üçün əvəzedici axtarır. Klub Ramosu 1,5 mövsümlük transfer etmək istəyir.

Mərkəz müdafiəçisi hazırda azad agentdir. Ramosun son klubu “Sevilya” olub. Transfermarkt internet portalı 38 yaşlı müdafiəçinin transfer dəyərini 1,8 milyon avro qiymətləndirir.

Aut.az