İspaniya

Avro-2024-gə getsə, bal ayının ləğvini sığortalayıb

İsko AVRO-2024 üçün İspaniya millisinə çağırılacağı halda bal ayını sığortalayıb.

Aut.az xəbər verir ki, “Betis ” də çıxış edən “Real Madrid”in keçmiş yarımmüdafiəçisi 2019-cu ildən İspaniya millisinə çağırılmayıb, lakin o, baş məşqçi Luis de la Fuente tərəfindən Almaniyaya səfər üçün heyətə daxil ediləcəyini istisna etmir .

İyun ayında bal ayında olacam. Əmin deyiləm, görək nə olacaq. Hər şeyə hazır olmaq lazımdır.

Bəxtim gətirsə, yığmadan zəng gəlsə, səfərin ləğvini sığorta etdirdik”, – İsko bildirib.

İsko bu mövsüm La Liqada 28 matçda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.

Aut.az